...

Təhsil naziri dərs yükündən danışıb

Cəmiyyət Materials 8 Dekabr 2021 11:06 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Bir sıra inkişaf etmiş ölkələrdə 12 illik, 13 illik təhsil sistemi var. Bu dəyişikliklər qısa müddətdə əldə edilmir, bunun üçün uzun müddət tələb olunur.

Trend-in məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev “Azərbaycan Karyera İnkişaf Forumu”nda çıxışı zamanı deyib.

Nazir bildirib ki, Azərbaycanla müqayisədə həmin ölkələrdə təhsil yükü təqribən 30 faiz artıqdır.

E.Əmrullayev vurğulayıb ki, Azərbaycanda bu cür dəyişiklikləri tətbiq etmək uzun müddət tələb edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti