...

Azərbaycanda “Omikron” ştammına rast gəlinməyib - Hande Harmancı

Cəmiyyət Materials 10 Dekabr 2021 10:42 (UTC +04:00)
Azərbaycanda “Omikron”  ştammına rast gəlinməyib - Hande Harmancı

Bakı. Humay Ağacanova - Trend:

Azərbaycanda hələlik “Omikron” ştammına rast gəlinməyib.

Trend-in məlumatına görə,bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi və ofis rəhbəri Hande Harmancı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşündə deyib.

O qeyd edib ki, tibbi maskalardan istifadə, sosial məsafənin saxlanılması və vaksinasiya kimi həyata keçirilən qabaqlayıcı tədbirlərin faydası görülməkdədir.

“Vaksinasiya prosesinin geniş vüsət aldığı ərazilərdə ölüm halları nəzərəçarpacaq dərəcədə azalmaqdadır. I doza önəmli olsa da, vaksin öz təsirini II dozadan sonra göstərir. Tibb işçiləri, yaşı 65 və daha yuxarı olan şəxslər, həmçinin hamilə qadınlar vaksin olunmalıdırlar. Son zamanlar mütəxəsislər hamilə qadınların da vaksin olunmaları yönündə fikirlər bildirirlər”,-deyə o bildirib.

ÜST-ün Azərbaycandakı nümayəndəsi COVID-19 virusunun yeni ştammlarından da söz açıb. 5-14 yaş arası uşaq və yeniyetmələr arasında “Delta-M” və “Omikron” ştamlarına yoluxma hallarının artdığını bildirən Hande Harmançı, Azərbaycanda hələlik “Omikron” ştammına rast gəlinmədiyini də qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti