...

Bütün vaksinlər “Omikron” ştammına qarşı effektivdir - Hande Harmancı

Cəmiyyət Materials 10 Dekabr 2021 10:59 (UTC +04:00)
Bütün vaksinlər “Omikron” ştammına qarşı effektivdir - Hande Harmancı

Bakı. Humay Ağacanova - Trend:

Hazırda mövcud olan bütün vaksinlər “Omikron” ştammına qarşı işə yarayır.

Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi və ofis rəhbəri Hande Harmancı deyib.

O qeyd edib ki Azərbaycanda hələlik “Omikron” ştammına rast gəlinməyib.

“Amma bu sözügedən ştammın Azərbayanda aşkarlanmayacağı mənasına da gəlmir. Koronavirusun mutasiyaları dünyada yayılır və virusun olduğu hər yerdə ştammlara rast gələcəyik. Lakin narahat olmağa gərək yoxdur. Hazırda mövcud olan bütün vaksinlər “Omikron” ştammına qarşı işə yarayır”, - deyə o vurğulayıb

Qeyd edək ki, koronavirusun ilk dəfə Afrikanın cənubunda aşkarlanan B.1.1.529 ştammına "omikron" adı verilib. Bildirilib ki, sözügedən ştammda çox sayda mutasiyalar mövcuddur və digər ştammlardan daha yoluxucu olması ilə bağlı şübhələr var.

ÜST yeni "omikron" ştammının dünyanın 57 ölkəsində aşkar edildiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti