...

"Özsüt" restoranı və daha 3 müəssisədə pozuntular aşkarlanıb

Cəmiyyət Materials 21 Dekabr 2021 19:56 (UTC +04:00)
"Özsüt" restoranı və daha 3 müəssisədə pozuntular aşkarlanıb

Bakı. Çingiz Səfərli - Trend:

Monitorinqlər zamanı 4 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Bu barədə Trend-ə AQTA-dan məlumat verilib.

Nəzarət tədbirləri çərçivəsində 2021-ci il dekabrın 20-də ölkə üzrə 398 ictimai iaşə obyektində 694 monitorinq keçirilib. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Səbail ‎rayonu, Xəqani küç., ev 39 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Rauf Məhəmməd oğluna məxsus kafe;

2. Bakı şəhəri, Səbail ‎rayonu, Tərlan Əliyarbəyov küç., ev 14 ünvanında yerləşən, hüquqi şəxs “Özsüt Azerbaijan” MMC-yə məxsus “Özsüt” restoranı;

3. Bakı şəhəri, Nərimanov ‎rayonu, Ağa Nemətulla küç., “Metropark” ticarət mərkəzində yerləşən, fiziki şəxs Hacı Turkmen Yusuf oğluna məxsus kafe;

4. Bakı şəhəri, Nəsimi ‎rayonu, Vidadi küç., ev 160 ünvanında yerləşən, hüquqi şəxs “Public Catering Services” MMC-yə məxsus “Double Bean” restoranı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti