...

Bakıda 2 284 nəfər məktəbi fərqlənmə attestatı ilə başa vurub

Cəmiyyət Materials 22 Dekabr 2021 09:41
Bakıda  2 284 nəfər məktəbi fərqlənmə attestatı ilə başa vurub

Trend-i buradan izləyin

Bakı. Trend:

2021-ci ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərini 2 284 nəfər məktəbi fərqlənmə attestatı ilə başa vurub.

Bu barədə Trend-ə BŞTİ-dən məlumat verilib.

Onlardan 1520 nəfər ümumi orta təhsil (IX sinif) səviyyəsi üzrə, 764 nəfər isə tam orta təhsil (XI sinif) səviyyəsi üzrə fərqlənmə attestatı alıb.

Bundan başqa BŞTİ-nin tabeliyindəki məktəbləri 2021-ci ildə 30 məzun qızıl və gümüş nişanla başa vurub. XI sinif məzunlarından 21-i qızıl, 9-u gümüş nişana layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti