...

Bakıda bu mənzillərin qiyməti bahalaşıb

Cəmiyyət Materials 14 Fevral 2022 21:00 (UTC +04:00)
Bakıda bu mənzillərin qiyməti bahalaşıb

Bakı. Elçin Mehdiyev – Trend:

Yanvar ayında Bakıda həm təkrar, həm də ilkin mənzil bazarında qiymətlər bahalaşıb.

Trend-in məlumatına görə, ötən ay Bakıda təkrar mənzil bazarında qiymətlər 0,87 faiz bahalaşıb. Qeyd olunan müddət ərzində mənzilin bir kv.m-nin qiyməti 1 636 manat təşkil edib. Bahalı mənzillərin bir kv.m-nın qiyməti isə 3120 manat təşkil edib.

İlkin mənzil bazarında isə yanvar ayında qiymətlər 10,20 faiz bahalaşıb. Mənzillərin bir kv.m-nin orta qiyməti 1539 manat olub. Bahalı mənzillərin bir kv.m-nın qiyməti isə 2474 manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti