...

Sumqayıt TKQ rəisinin saxlanılması xəbəri həqiqəti əks etdirmir - Aztelekom

Cəmiyyət Materials 19 Fevral 2022 21:23 (UTC +04:00)
Sumqayıt TKQ rəisinin saxlanılması xəbəri həqiqəti əks etdirmir - Aztelekom

Bakı. Trend:

"Aztelekom" MMC bildirir ki, Sumqayıt Telekommunikasiya Qovşağının rəisi Nəriman Salmanovun saxlanılması və ya həbs olunması barəsində yayılan məlumatlar həqiqəti əks etdirmir.

Trend xəbər verir ki, bu "Aztelekom" MMC-nin rəsmi "Facebook" səhifəsində yerləşdirilmiş paylaşımda qeyd olunur.

Bildirilir ki, hazırda audit planına uyğun olaraq "Aztelekom" MMC-nin Daxili audit şöbəsi tərəfindən Sumqayıt TKQ də daxil olmaqla müxtəlif tabeli qurumlarda audit yoxlamaları aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti