Bakı. Humay Ağacanova - Trend:
Bundan əvvəlki dövlət proqramından məzun olanlar builki proqrama müraciət edə bilməzlər.
Trend-in məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev xaricdə təhsilə dair 2022–2026-cı illər üçün Dövlət Proqramı ilə bağlı keçirdiyi brifinq zamanı deyib.
O qeyd edib ki, dövlət proqramına müraciət edib qəbul olmayan şəxslərə yenidən müraciət etmə şansı verilir.