...

Bu hadisə dünən baş verməyib, 15 ildir belədir - Nazir kənd məktəblərindəki problemdən danışdı

Cəmiyyət Materials 1 Mart 2022 15:43 (UTC +04:00)
Bu hadisə dünən baş verməyib, 15 ildir belədir - Nazir kənd məktəblərindəki problemdən danışdı

Bakı. Trend:

Biz başa düşməliyik ki, 15-20 il əvvəl təhsildə buraxdığımız səhvlərin nəticələri acı olur.

Trend-in məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi birifinqdə xüsusən kənd məktəblərində dərs saatın az olması və müəllimlərin az maaş alması ilə bağlı sualı cavablandırarkən deyib

Onun sözlərinə görə, hansısa kənd məktəbində 24 saatlıq fizika dərsi var, həmin məktəbdə isə 6 fizika müəllimi var. Bu zaman əlbəttə ki, həmin müəllimlərin əməkhaqları aşağı olacaq.

"Bu, faktdır, bu hadisə dünən baş verməyib, bu, 15 ildir belədir. 24 saatlıq fizika dərsi olan məktəbdə 5-6 fizika müəllimi varsa, həmin fizika müəllimlərinin maaşı həmişə aşağı olacaq. Kimsə o vaxt həmin müəllimləri işə götürüb, biz indi bu prosesi tənzimləyirik", - deyə nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti