...

Kamran Əliyev Ağdam, Ağcabədi və Laçın sakinlərini qəbul edəcək

Cəmiyyət Materials 28 Mart 2022 15:39 (UTC +04:00)
Kamran Əliyev Ağdam, Ağcabədi və Laçın sakinlərini qəbul edəcək
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il aprelin 11-də saat 10:00-da Ağdam rayon prokurorluğunun inzibati binasında Ağdam, Ağcabədi və Laçın rayon sakinlərinin qəbulunu keçirəcək.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Ağdam rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook, telegram, twitter) vasitəsilə də qəbula yazıla bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti