...

Azərbaycanda 16 nəfər koronavirusa yoluxub, ölən yoxdur

Cəmiyyət Materials 1 May 2022 16:54 (UTC +04:00)
Azərbaycanda 16 nəfər koronavirusa yoluxub, ölən yoxdur

Bakı. Trend:

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 16 yeni yoluxma faktı qeydə alınıb, 20 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, ölüm faktı qeydə alınmayıb.

Azərbaycanda indiyədək ölkədə ümumilikdə 792 578 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 781 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib, aktiv xəstə sayı 88 nəfərdir.

Ölkədə son sutka ərzində 2 856, hazırkı dövrədək isə 6 817 342 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti