...

Ankarada Əhməd Cavadın heykəlinin açılışı baş tutacaq

Cəmiyyət Materials 4 May 2022 00:18 (UTC +04:00)
Ankarada Əhməd Cavadın heykəlinin açılışı baş tutacaq

Bakı. Trend:

Ankarada mayın 5-də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın heykəlinin açılışı baş tutacaq.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi rəsmi "Twitter" səhifəsində paylaşım edib.

Məlumatda qeyd olunur ki, açılış 5 may 2022-ci il tarixində saat 11:00-da baş tutacaq.

"Hər kəsi 5 may 2022-ci il tarixində saat 11:00-da Türk Tarixi Muzeyi və Parkında Azərbaycanın istiqlal şairi Əhməd Cavadın anım mərasiminə və heykəlinin açılışına dəvət edirik", - paylaşımda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti