...

Ölkədə özəl təhsil müəssisələrinin sayı artır - Təhsil naziri

Cəmiyyət Materials 31 May 2022 11:34 (UTC +04:00)
Ölkədə özəl təhsil müəssisələrinin sayı artır - Təhsil naziri
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət təhsil müəssisələri ilə yanaşı ölkədə özəl məktəblərin də sayı artır.

Trend-in məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev “Təhsil biznesi: problem və perspektivlər” mövzusunda ictimai müzakirədə çıxışı zamanı deyib.

O qeyd edib ki, hazırda ölkədə şagirdlərin cəmi 1 faizdən az hissəsi məhz özəl məktəblərdə təhsil alır.

"Özəl məktəb təsisçiləri mənfəəti deyil, təhsili düşünməlidilər. Bir çox ölkələrin təcrübəsinə baxsaq, xüsusilə də Türkiyədə özəl təhsil müəssisələrinin heç də hamısı mənfəət əldə etmir", - deyə nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti