...

Azərbaycanda yeni informasiya mühiti formalaşıb - Medianın İnkişafı Agentliyi (FOTO)

Cəmiyyət Materials 8 İyun 2022 11:41 (UTC +04:00)
Azərbaycanda yeni informasiya mühiti formalaşıb - Medianın İnkişafı Agentliyi (FOTO)

Bakı. Trend:

Azərbaycanda yeni informasiya mühiti formalaşıb.

Trend-in məlumatına görə, bunu Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli "İnsan hüquqlarının qorunması media müstəvisində" mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki bu il fevralın 8 də "Media haqqında" qanun qüvvəyə minib ki, bunun 5-ci bəndi media azadlığını ehtiva edir.

"Qanunun 6-cı maddəsi isə jurnalistlərin peşə fəaliyyətini yerinə yetirərkən ona hər hansı maneənin yaradılmasını qadağan edir. Biz bu istiqamətdə müxtəlif tövsiyələr hazırlayaraq redaksiyalara göndərmişik. Demək olar ki, bütün ciddi, ictimai-siyasi məzmunlu xəbər saytlarında, agentliklərində bu sənəd yerləşdirilib və peşə davranış qaydalarına əməl edirlər. Bu o deməkdir ki, mediamız peşə etikasına əməl edir.

Düşünürəm ki, ictimai əhəmiyyətli məlumat və ictimaiyyət üçün maraqlı olan informasiya fərqli anlayışlardır", - şöbə müdiri deyib.

N.Məmmədli bildirib ki, dünyada beynəlxalq hüquq kimi insan hüquqları da böhran keçirir: "Azərbaycan kimi ölkələrə münasibətdə insan hüquqlarından təzyiq aləti kimi istifadə edilir. Müəyyən siyahılar hazırlanır və azadlıq indeksi formalaşdırırlar. Bu siyahılar anonim ekspertlər tərəfindən hazırlanır ki, biz də bunun tərəfdarı deyilik. Biz insan hüquqlarını siyasi fürsətə çevirənlərə qarşıyıq və bu prinsipial mövqeyimiz davam edəcək. Bu bizim üçün dəyərdir, insan hüquqları qorunmalıdır. Jurnalistikamız da insan hüquqlarının düzgün və geniş təbliğatı sahəsində öz töhfəsini verəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti