...

Dövlət Sərhəd Xidməti Akademiyasının yaradılmasının 15-ci ildönümü münasibətilə tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 12 İyun 2022 10:39 (UTC +04:00)
Dövlət Sərhəd Xidməti Akademiyasının yaradılmasının 15-ci ildönümü münasibətilə tədbir keçirilib (FOTO)

Bakı. Trend:

İyunun 11-də Dövlət Sərhəd Xidməti Akademiyasının yaradılmasının 15-ci ildönümü münasibətilə təntənəli tədbir keçirilmişdir.

Dövlət Sərhəd Xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsindən sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki kursant və müəllim heyətinə çatdırılmışdır.

Tədbirdə çıxış edənlər tərəfindən Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2007-ci il 12 iyun tarixli Sərəncamı ilə yaradılmış Dövlət Sərhəd Xidməti Akademiyasının ali təhsilli, dövlətçiliyimizə sadiq peşəkar sərhədçi zabitlərin yetişdirilməsində əhəmiyyətli rolu qeyd edilmişdir. Müasir elmi-tədris bazasına, yüksək ixtisaslı hərbi-pedaqoji heyətə malik Akademiyanın uğurlu inkişaf yolu keçərək hazırda beynəlxalq səviyyəli tədris mərkəzinə çevrildiyi vurğulanmışdır.

Dövlət Sərhəd Xidməti Akademiyasının yaradılmasının 15-ci ildönümünün Azərbaycan Sərhəd Mühafizəsi tarixinin şanlı dövrünə təsadüf etdiyi xüsusi qeyd edilmiş, tariximizin ən böyük sərkərdəsi, Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğu, müqəddəs savaşda Dövlət Sərhəd Xidmətinin qarşısında qoyulmuş döyüş tapşırıqlarının layiqincə icra edildiyi, "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülmüş sərhədçilər sırasında 4 hərbi qulluqçunun Dövlət Sərhəd Xidməti Akademiyasının məzunu olması vurğulanmışdır. Tədbirdə Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman övladların əziz xatirələri bir dəqiqəlik sükutla yad olunmuşdur.

Çıxışda dövlətimizin ərazi bütövlüyü təmin edildikdən, Ermənistanla dövlət sərhədi işğaldan azad olunduqdan sonra bu ərazilərdə dövlət sərhədlərimizin mühafizəsinə DSX Akademiyasının məzunu olan sərhədçi-zabitlərin öz önəmli töhfələrini verəcəklərinə, milli maraqlarımızın təmin edilməsi üzrə bütün tapşırıqları ən yüksək səviyyədə icra edəcəklərinə əminlik ifadə olunmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti