...

Səudiyyə Ərəbistanı pandemiya başlayandan bəri ilk dəfə 1 milyon zəvvar qəbul edib

Cəmiyyət Materials 8 İyul 2022 03:25 (UTC +04:00)
Səudiyyə Ərəbistanı pandemiya başlayandan bəri ilk dəfə 1 milyon zəvvar qəbul edib

Bakı. Trend:

Bu il Səudiyyə Ərəbistanında bir milyon zəvvar müqəddəs Məkkə və Mədinəyə Həcc ziyarətində iştirak edir. Həccin əsas ayinlərinin ilk günündə yeni koronavirusa yoluxma halı qeydə alınmayıb.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Məkkənin əmiri şahzadə Haled əl-Feysal deyib.

"Pandemiyaya baxmayaraq, Həcc ziyarəti əhəmiyyətli dərəcədə məhdud miqyasda həyata keçirilsə də, bu iki ildə dayandırılmayıb. Bu il biz krallıqdan və xaricdən gələn zəvvarların sayını 1 milyona çatdırdıq və inteqrasiya olunmuş xidmət sistemini işə saldıq", - deyə Məkkənin əmiri bildirib.

Yeni növ koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən qaydalara əsasən, yalnız tam peyvənd olunmuş və COVID-19 üçün götürülən analiz neqativ çıxmış 18-65 yaş arası şəxslərin Həcc ziyarətinə buraxılmasına icazə verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti