...

DİN Vətən müharibəsi iştirakçısının iddialarına aydınlıq gətirdi

Cəmiyyət Materials 14 İyul 2022 11:46 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Salyan rayonunun Varlı kənd sakini, Vətən müharibəsinin iştirakçısı Kamil Məmmədov iyulun 13-də sosial şəbəkədə paylaşdığı videogörüntüdə rayonun icra hakimiyyətinin və polis şöbəsinin əməkdaşları tərəfindən guya təzyiqə məruz qaldığını bildirib.

DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov Trend-in sorğusuna cavab olaraq bildirib ki, K.Məmmədovun iddiası həqiqəti əks etdirmir.

Z.Hüseynov deyib ki, K.Məmmədov Vətən müharibəsinin iştirakçısı olaraq həmişə diqqət və qayğı ilə əhatə olunub. Ona 12 sot həyətyanı, 50 sot isə əkin üçün torpaq sahəsi verilmiş, Aqrar İnkişaf Mərkəzinin Baytarlıq Şöbəsində işlə təmin edilmiş və maddi yardım ayrılmışdır. Bütün bunlara baxmayaraq K.Məmmədov ötən ilin avqust ayında rayon polis şöbəsinə ərizə ilə müraciət edərək kəndin icra nümayəndəsinin onu təhqir etdiyini bildirmişdir. Bununla bağlı aparılan araşdırma zamanı fakt təsdiqini tapmamışdır. O, şikayətlərini davam etdirdiyi üçün yenidən polis şöbəsinə dəvət edilərək onunla müvafiq söhbətlər aparılmış, izahlar verilmişdir. Bundan sonra K.Məmmədov yenidən ərizə verərək heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Şöbədə olarkən ona qarşı nəinki hər hansı bir qanunsuz hərəkət edilməmiş, əksinə ona diqqət və hörmətlə yanaşılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti