...

Azərbaycan Dillər Universitetində məzunlara diplomların təqdim edilməsi mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 15 İyul 2022 21:55 (UTC +04:00)
Azərbaycan Dillər Universitetində məzunlara diplomların təqdim edilməsi mərasimi keçirilib (FOTO)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) məzunlara diplomların təqdim edilməsi mərasimi keçirilib.

Trend xəbər verir ki, qonaqlar və tələbələr qarşısında çıxış edən universitetin rektoru Kamal Abdulla məzunları təbrik edib, onlara karyeralarında uğurlar arzulayıb.

K.Abdulla qeyd edib ki, universitet hər zaman tələbə və məzunlarının yanındadır, onların həyat yollarında onlara köməklik göstərir.

Daha sonra Milli Məclisin deputatları, Meksika, Kolumbiya, Çin, Hindistan və digər ölkələrin səfirləri təhsildə yüksək nəticələr göstərmiş tələbələrə diplom və fəxri fərmanlar təqdim ediblər.

Mərasimdə Milli Məclisin deputatı Sevil Mikayılova məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

"Bu gün hamımız güclü Azərbaycanla fəxr edirik, qoy Azərbaycan da gələcəkdə sizinlə fəxr etsin. Əminik ki, siz gələcəkdə də Azərbaycanın çiçəklənməsinə öz töhfənizi verəcəksiniz", - deyə Sevil Mikayılova bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti