Bakı. Trend:
Ölkə əhalisinin sayı ilin əvvəlindən 29418 nəfər və ya 0,3 faiz artaraq 2022-ci il iyul ayının 1-i vəziyyətinə 10185784 nəfərə çatıb.
Trend xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı hesabatda qeyd olunub.
Bildirilib ki, əhalinin ümumi sayının 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib, kişi və qadınların xüsusi çəkiləri isə dəyişməyərək qalıb.