...

Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsinə start verilir

Cəmiyyət Materials 13 Avqust 2022 10:22 (UTC +04:00)
Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsinə start verilir
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Avqustun 18-dən etibarən müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsinə start veriləcək.

Elm və Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə müsahibələr Bakı şəhəri 18 nömrəli tam orta məktəbdə (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şıxəli Qurbanov, 6/10) təşkil olunacaq.

Fənlər üzrə müsahibə tarixləri aşağıda qeyd edilib:

- 18.08.2022 - biologiya (Azərbaycan və rus bölməsi), informatika, Azərbaycan dili və ədəbiyyat, musiqi;

- 19.08.2022 - informatika, fransız dili (Azərbaycan və rus bölməsi), biologiya, Azərbaycan dili və ədəbiyyat, tarix, texnologiya, təsviri incəsənət, musiqi;

- 20.08.2022 - texnologiya, rus dili, musiqi (Azərbaycan və rus bölməsi), tarix, riyaziyyat, təsviri incəsənət, informatika;

- 22.08.2022 - texnologiya, rus dili, tarix (rus bölməsi), coğrafiya, riyaziyyat, təsviri incəsənət, musiqi;

- 23.08.2022 - texnologiya, rus dili və ədəbiyyatı, təsviri incəsənət (rus bölməsi), coğrafiya (Azərbaycan və rus bölməsi), fiziki tərbiyə (Azərbaycan və rus bölməsi), kimya (rus bölməsi), riyaziyyat (rus bölməsi), ingilis dili, musiqi;

- 24.08.2022 - fizika, Azərbaycan dili, rus dili və ədəbiyyatı, texnologiya (rus bölməsi), ingilis dili (Azərbaycan və rus bölməsi), fiziki tərbiyə, ibtidai sinif, kimya, musiqi;

- 25.08.2022 - fizika (Azərbaycan və rus bölməsi), ibtidai sinif (Azərbaycan və rus bölməsi), Azərbaycan dili, alman dili (Azərbaycan və rus bölməsi), ingilis dili (Azərbaycan və rus bölməsi), kimya, fiziki tərbiyə.

Qeyd edək ki, müsahibə ilə bağlı məlumat yaxın günlərdə namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti