...

İctimai nəqliyyatdan istifadə edənlərin sayı artıb

Cəmiyyət Materials 27 Sentyabr 2022 13:28 (UTC +04:00)
İctimai nəqliyyatdan istifadə edənlərin sayı artıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanda nəqliyyatçılar 1 milyard 24,9 milyon sərnişinə xidmət göstəriblər.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, sərnişinlərin 87,1 faizi
avtomobil nəqliyyatı, 12,5 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 892,2 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 25,0 faiz artım qeydə alınıb.

Sərnişinlərin 94,1 faizi avtobus, 5,9 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib, sərnişin dövriyyəsi isə 24,3 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti