...

Biznes və insan hüquqları son illər ciddi tədqiqat mövzusuna çevrilib - Əli Hüseynli

Cəmiyyət Materials 19 Oktyabr 2022 11:12 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Biznesin insan hüquqlarının reallaşmasına təsiri, bu hüquqların pozulmasına görə məsuliyyət son illər ciddi tədqiqat mövzusuna çevrilib.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Birinci vitse-spikeri Əli Hüseynli bu gün Ombudsman Aparatının 20 illik yubileyinə həsr edilmiş “Ombudsmanların və milli insan hüquqları təsisatlarının biznes və insan hüquqları sahəsində rolu” mövzusunda Ombudsmanların və Milli İnsan Hüquqları Təsisatlarının Bakı Beynəlxalq Konfransında çıxışı zaman deyib.

O qeyd edib ki, ötən 20 il ərzində insan hüquqlarının qorunması sahəsində böyük uğurlara imza atılıb. “Bu gün insan hüquqları ilə bağlı milli qanunvericiliyin formalaşmasında parlament və Obmudsman Aparatının əməkdaşlığı yüksək səviyyədədir. Eyni zamanda ombudsman beynəlxalq səviyyədə uğurlu əməkdaşlıq edir”, - deyə Ə.Hüseynli bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti