...

Bu il Azərbaycanda qidadan zəhərlənənlərin sayı açıqlanıb

Cəmiyyət Materials 27 Oktyabr 2022 11:58 (UTC +04:00)
Bu il Azərbaycanda qidadan zəhərlənənlərin sayı açıqlanıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu il Azərbaycanda 272 nəfər qidadan zəhərlənib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, bu il qida zəhərlənməsi ilə bağlı 573 müraciət daxil olub: "Eyni zamanda 873 nəfərin zəhərlənməsi haqqında yanlış informasiya verilib. Araşdırma nəticəsində mətbuatda bildirilən halların cəmi 20 %-ə qədərinin zəhərlənmə faktı olduğu təsdiqlənib. Yəni 272 nəfər qida zəhərlənməsinə məruz qalıb", - agentlik sədri deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti