...

“Rəqəmsal media və kommunikasiya” mövzusunda “MEDİA talks” açıq seminarı keçirilib (FOTO)

Cəmiyyət Materials 5 Noyabr 2022 11:57 (UTC +04:00)
“Rəqəmsal media və kommunikasiya” mövzusunda “MEDİA talks” açıq seminarı keçirilib (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Noyabrın 5-də Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə bütün ali təhsil müəssisələrinin jurnalistika ixtisasında təhsil alan və jurnalistikaya marağı olan 60-a yaxın tələbə üçün “Visiting Lecturer” layihəsi çərçivəsində “Rəqəmsal media və kommunikasiya” mövzusunda “MEDİA talks” açıq seminarı keçirilib.

Trend xəbər verir ki, ADA Universitetində keçirilən seminarda spiker qismində Udin və Milan Universitetlərinin məzunu, kommunikasiya və marketinq, peşəkar brendin formalaşması üzrə strateji planlama istiqamətində ixtisaslaşan, Azərbaycan və Mərkəzi Asiya üzrə biznes brendləri ilə yaxından işləyən Tatyana Ravalli çıxış edib. O, rəqəmsal media mühitində kommunikasiya alətləri və formaları, müxtəlif tərəflərlə effektiv ünsiyyətin qurulmasının əsaslarından danışıb və texnologiyanın inkişafı ilə dinamik dəyişən media sahəsində yeni tendensiyalarla bağlı xarici bilik və təcrübələrin öyrənilməsinin və tətbiqinin vacibliyini vurğulayıb.

Sonda interaktiv müzakirə sessiyaları olub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Seminarın keçirilməsində əsas məqsəd gənclərin media sahəsində fəal iştirakına şərait yaratmağa, yaradıcı-innovativ potensialını stimullaşdırmağa, xarici təcrübəyə əsaslanan nəzəri biliklərini artırmağa və yerli mediada tətbiqini reallaşdırmağa töhfə verməkdir.

MEDİA-nın Kommunikasiya şöbəsinin müdiri - mətbuat katibi Səidə Şəfiyeva deyib ki, rəqəmsal media və kommunikasiya mövzusunda keçirilən “MEDİA talks”da xaricdən dəvət olunan mütəxəssis T.Ravalli interaktiv şəkildə tələbələrin suallarını cavablandırıb: “Bu seminarların keçirilməsində əsas məqsəd gənclərin məhz media sahəsində fəal iştirakını təmin etmək, onların fəaliyyətini stimullaşdırmaqdır. Eyni zamanda xarici təcrübənin öyrənilməsi və yerli mediada tətbiqi yollarının göstərilməsi, gənclərə xarici təcrübənin nəzəri biliklərini aşılamaqdır. Həmçinin dəyişən yeni media mühitində kommunikasiya alətlərini və effektiv kommunikasiyanın qurulması yollarını öyrətməkdir”.

Seminar iştirakçısı olan Azərbaycan Dillər Universitetinin Jurnalistika fakultəsinin tələbəsi Aysel Yusifova qeyd edib ki, belə seminarlar jurnalist kimi yetişməyimizdə, həmçinin dünyagörüşümüzün artırılmasında xüsusi rol oynayır:

"Seminarların ingilis dilində keçirilməsi beynəlxalq təcrübəni öyrənməyimizə imkan verir. Düşünürəm ki, beynəlxalq standartlara uyğun layihələrin həyata keçirilməsi karyeramız üçün yeni imkanlar açacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti