...

Məktəblərdə payız tətilinin vaxtı açıqlanıb

Cəmiyyət Materials 11 Noyabr 2022 12:33 (UTC +04:00)
Məktəblərdə payız tətilinin vaxtı açıqlanıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Noyabrın 16-dan 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrində beşgünlük payız tətili başlayacaq. Payız tətili 16-20 noyabr tarixlərini əhatə edir.

Bu barədə cümə günü Trend-ə Elm və Təhsil nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu tətil ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

Qeyd edək ki, payız tətili “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 66 nömrəli Qərarının tələblərinə uyğun olaraq müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti