...

Azərbaycanda yol qəzaları əsasən bu ərazilərdə baş verir

Cəmiyyət Materials 16 Noyabr 2022 14:03 (UTC +04:00)
Azərbaycanda yol qəzaları əsasən bu ərazilərdə baş verir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda yol-nəqliyyat hadisələrinin 84,3 faizi yaşayış məntəqələrində baş verib.

Bu barədə Trend-ə noyabrın 15-də Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 10,4 faiz artaraq 425 nəfər, yaralananların sayı isə 2,2 faiz artaraq 992 nəfər olub.

Ümumilikdə qeyd edilən müddət ərzində ölkədə 1259 və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,5 faiz çox yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 9,8 faiz artaraq 1698 nəfər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti