...

Azad edilmiş ərazilərdə doğulan uşaqlara Qələbə müavinətlərinin verilməsi təklif edilir

Cəmiyyət Materials 17 Noyabr 2022 12:25 (UTC +04:00)
Azad edilmiş ərazilərdə doğulan uşaqlara Qələbə müavinətlərinin verilməsi təklif edilir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azad edilmiş ərazilərdə doğulan uşaqlara Qələbə müavinətlərinin verilməsi təklif edilir.

Trend-in məlumatına görə, bunu deputat Zahid Oruc Milli Məclisin noyabrın 17-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, son 10 ildə Azərbaycanda 0-19 yaş qrupu üzrə əhalinin sayında 2 %-dək azalma, 60 yaşdan yuxarı əhalinin sayında 65% artım var. “Əhalinin demoqrafik qocalması baş verir. Ona görə də Böyük Qayıdışı həm də demoqrafik artıma çevirməkdən ötrü azad edilmiş ərazilərdə doğulan uşaqlara yeni dövlət ödənişlərinin - Qələbə müavinətlərinin verilməsi təkcə sosial deyil, həmçinin mühüm siyasi qərar olardı. Dayanıqlı məskunlaşma, böyük ailələrin gələcək daxili miqrasiyasının qarşısının alınması hökumətin qərarlarından asılıdır”, - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti