...

Azərbaycanda smarftonların qiyməti xarici ölkələrlə müqayisədə yüksəkdir - Naqif Həmzəyev

Cəmiyyət Materials 9 Dekabr 2022 13:25 (UTC +04:00)
Azərbaycanda smarftonların qiyməti xarici ölkələrlə müqayisədə yüksəkdir - Naqif Həmzəyev
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda smarftonların qiyməti xarici ölkələrlə müqayisədə 500 dollar bahadır.

Trend-in məlumatına görə, bunu deputat Naqif Həmzəyev Milli Məclisin bu gün keçirilən iclasında deyib.

N.Həmzəyev bildirib ki, dələduzlar bu vəziyyətdən istifadə edib telefonu baha qiymət satırlar. “Bu qiymətlərə nəzarət etmək, aşağı salmaq lazımdır. Qoy 200 dollar fərq olsun, ancaq 500 dollar yox”, - deyə o qeyd edib.

Deputat həmçinin mobil telefonların qeydiyyata alınması üçün əlavə ödənişi də aradan qaldırmağı təklif edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti