...

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 8 milyard manatı ötüb

Cəmiyyət Materials 17 Dekabr 2022 17:43 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin yanvar-noyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,3 faiz artaraq 8 milyard 129,6 milyon manat olub.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 6192,3 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 76,2 faizini təşkil edib.

Cari ilin yanvar-noyabr aylarında hər bir ölkə sakini orta hesabla 807,6 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 122,3 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti