...

AzTU-ya yeni prorektor təyin olunub (FOTO)

Cəmiyyət Materials 30 Dekabr 2022 17:07 (UTC +04:00)
AzTU-ya yeni prorektor təyin olunub (FOTO)

Bakı. Trend:

Elm və təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Nərmin Rzayeva Azərbaycan Texniki Universitetinin (AzTU) sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunub.

Trend xəbər verir ki, AzTU-nun rektoru Vilayət Vəliyev yeni prorektoru kollektivə təqdim edib. Bildirib ki, Nərmin Rzayeva müxtəlif ali məktəblərdə bir sıra vəzifələrdə çalışıb. Onun həm tədris, həm də ictimaiyyətlə əlaqələr sahəsində kifayət qədər təcrübəsi var. Bundan əlavə, Nərmin Rzayeva Niderlandın Leiden Universitetində elmmetriya ixtisası üzrə təhsil alıb. O həmçinin texnika üzrə fəlsəfə doktorudur. Bu baxımdan Nərmin Rzayevanın AzTU-da sözügedən vəzifəyə təyin olunması təqdirəlayiqdir.

Öz növbəsində, Nərmin Rzayeva ona göstərilən etimada görə təşəkkürünü bildirib. Qeyd edib ki, son illər yüksək templə irəliləyən AzTU-da ona göstərilən etimadı doğruldacaq və universitetin inkişafı istiqamətində səylərini əsirgəməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti