...

Azərbaycanda kompüter istehsalı artıb

Cəmiyyət Materials 3 Fevral 2023 19:30 (UTC +04:00)
Azərbaycanda kompüter istehsalı artıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda ötən il kompüter istehsalında artım qeydə alınıb.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Belə ki, 2022-ci ildə kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 237,1 milyon manatlıq məhsul istehsal olunub.

Əvvəlki illə müqayisədə elektrik avadanlıqlarının istehsalı 25,6 faiz, kompüter, elektron və optik məhsulların istehsalı isə 5,7 faiz artıb.

Dövr ərzində əvvəlki illə müqayisədə avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı 3,1 dəfə artıb, qəbuledici qurğuları olmayan radio və televiziya verilişləri aparatlarının istehsalı isə 35,2 faiz azalıb.

Qeyd edək ki, 2021-ci il də ölkədə kompüter istehsalında artım qeydə alınmışdı. Belə ki, həmin il kompüter, elektron v ə optik məhsulların istehsalında 8,3 faiz artım qeydə alınmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti