...

“Kardioonkologiya: problemə müasir baxışlar” mövzusunda beynəlxalq elmi-praktik konfransın açılış mərasimi olub (FOTO)

Cəmiyyət Materials 4 Fevral 2023 11:29 (UTC +04:00)
“Kardioonkologiya: problemə müasir baxışlar” mövzusunda beynəlxalq elmi-praktik konfransın açılış mərasimi olub (FOTO)

Trend-i buradan izləyin

Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

"Heydər Əliyev İli" çərçivəsində Səhiyyə Nazirliyinin Kardiologiya İnstitutu tərəfindən “Kardioonkologiya: problemə müasir baxışlar” mövzusunda beynəlxalq elmi-praktik konfransın açılış mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açan səhiyyə nazirinin müavini İlqar Qasımov Azərbaycanın dövlətçilik tarixində ulu öndər Heydər Əliyevin müstəsna rolunu qeyd edib: “Tarixdə elə şəxsiyyətlər var ki, öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynayıblar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşüb”.

Onun sözlərinə görə, ümummilli lider Heydər Əliyev üçün ən vacib sahələrdən biri də insanların sağlamlığı, səhiyyənin və tibb elminin inkişafı, savadlı, bilikli, əsl peşəkar həkim kadrlarının hazırlanması olub: “Ümummilli liderin səhiyyənin inkişafında diqqət etdiyi əsas məqamlardan biri də mövcud səhiyyə ocaqlarının abadlaşdırılması, yeni tibb müəssisələrinin tikilməsi idi. Bu gün digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də Ulu Öndərin sosialyönümlü siyasət strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

“Bugünkü beynəlxalq elmi-praktik konfrans təbabətin ən aktual sahələrindən birinə, kardiologiya və onkologiyanın kəsişməsində yerləşən kardioonkologiya sahəsinə həsr olunub. Ümid edirəm ki, elmi-praktik konfrans hər bir iştirakçı üçün faydalı olacaq, müzakirə olunan mövzular ətrafında səmərəli fikir mübadiləsi aparılacaq”, - deyə nazir müavini bildirib.

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov keçirilən elmi konfransın Azərbaycan tibbi və elmi üçün vacibliyini vurğulayaraq, kardioonkologiya kimi problemin bizim ölkədə aktuallığını qeyd edib.

ETKİ-nin direktoru Gülnaz Dadaşova Ulu Öndərin həyat və fəaliyyətinin gələcək nəsillərə çatdırılması baxımından vacibliyini qeyd edərək Heydər Əliyevin təməlini qoyduğu mütərəqqi siyasi irsin Prezident İlham Əliyev tərəfinən qətiyyətlə həyata keçirdiyini vurğulayıb. Tədbir haqqında məlumat verən G.Dadaşova diqqətə çatdırıb ki, konfransda bir neçə əlaqəli ixtisasların - kardiologiya, onkologiya və ürək-damar cərrahiyyəsinin kəsişməsində çalışan tanınmış ekspertlər iştirak edirlər.

Digər çıxışçılar Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən, fəaliyyətindən ətraflı danışıblar və konfransın əhəmiyyəti haqqında məlumat veriblər.

400-ə yaxın həkimin iştirakı ilə keçiriləcək üçgünlük beynəlxalq konfrasda tibbdə yeni istiqamət - kardioonkologiyanın aktual elmi və praktiki aspektlərinə dair məruzələr dinlənilib, mövzu ilə bağlı müzakirə aparılıb və suallar cavablandırılıb. Həmçinin, konfrans çərçivəsində “Kardiak anatomiya”, “EKQ”, “EXO KQ” və “CPR” kursları keçirilib.

Beynəlxalq elmi-praktik konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunub və 24 DTT kredit balı ilə qiymətləndirilib. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti