...

Sosial Xidmətlər Agentliyinin Paralimpiya İdman Kompleksində ötən il 561 idmançıya xidmət göstərilib (FOTO)

Cəmiyyət Materials 9 Fevral 2023 12:08 (UTC +04:00)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Paralimpiya İdman Kompleksi əlilliyi müəyyən edilmiş şəxslərin idman bacarıqlarının artırılmasında, müxtəlif idman yarışlarına hazırlığının, həmçinin tibbi-sosial reabilitasiyanın təşkilində mühüm rola malikdir

Ötən il Kompleksdə əlilliyi olan 561 idmançıya xidmət göstərib. Hazırda 470 idmançı burada göstərilən xidmətlərdən yararlanır.

Kompleksdə təlim-məşq toplanışları, idmançıların idman yarışlarına hazırlaşmaları üçün zəruri şərait yaradılıb. Məşqlər Azərbaycan Milli Paralimpiya Komitəsi ilə birgə əməkdaşlıq çərçivəsində təşkil olunur.

Ötən il burada daha iki paralimpiya idman növü - oxatma və tennis üzrə də məşqlərin keçirilməsinə başlanılıb. Paralimpiya İdman Kompleksində hazırda 10-dan çox idman növü (paracüdo, parapouerlifting, oturaq voleybol, güllə atıcılığı, kamandan oxatma, üzgüçülük və s.) üzrə məşqlər keçirilir. Onlardan 6-sı paralimpiya idman növlərinə daxildir.

"Tokio-2020" Yay Paralimpiya Oyunlarında tarixi qələbələrə imza atan paralimpiyaçılarımızın bir hissəsi də Paralimpiya İdman Kompleksində təlim-məşq prosesi keçib.

Xəbər lenti

Xəbər lenti