...

Mükəmməl ekran, həcmli batareya və münasib qiymətə yeni HONOR Xa series smartfonlarının Azərbaycanda rəsmi təqdimatı keçirildi (FOTO) (R)

Cəmiyyət Materials 10 Fevral 2023 18:16 (UTC +04:00)

Bakı. Trend:

Bakı şəhəri, Marriot Absheron otelində HONOR şirkəti yeni cihazlarını təqdim etdi. Belə ki, bu gündən etibarən yeni HONOR Xa seriyasının satışları start verildi. Yeni seriya öz seqmetində ən yaxşı material keyfiyyəti və performans təqdim edir.

Yüksək keyfiyyətli HONOR X9a modeli geniş baxış bucaqları və 120Hz yeniləmə tezliyi olan əyri OLED displeyi, uzunmüddətli batareya ömrü və yüksək performanslı Qualcomm® Snapdragon® 695 5G çipi ilə seçilir. Bütün bunlar premium dizayna malik gözəl korpusla tamamlanır. Bu yaxınlarda təqdim edilmiş smartfonlar silsiləsinin orta seqmenti sayılan HONOR X8a cəlbedici dizayna malik, böyük 6.7 düym HONOR FullView displeyi və 100 meqapiksellik üçlü kamerası olan, bu seqmentdə performansı və fotoçəkilişi yüksəldən universal smartfondur. Bu silsilənin kiçik modeli hesab edilən HONOR X7a avtonom rejimdə yeni sənaye standartını müəyyən edir. Bir tam enerji saxlama müddəti 2.5 gün təşkil edir, dəstdə sürətli batareya doldurma cihazı var. Honor X7a güclü kamera, geniş yaddaş tutumu və böyük ekrana malikdir. Bütün bunlar hər gündən maksimum dərəcədə səmərəli istifadə etmək istəyənlər üçün əla imkanlar yaradır. Münasib qiymətli HONOR Xa seriyalı smartfonlar texnologiyanı Azərbaycan istifadəçiləri üçün daha əlçatan etmək üçün nəzərdə tutulmuşdur.

«Biz texnoloji yeniliklər sayəsində müştərilərimiz üçün ən yaxşı istifadəçi təcrübələrini davamlı təqdim etməyə çalışırıq.” deyə HONOR-un Azərbaycandakı direktoru Şon Mao bildirib. O, həmçinin brendin Azərbaycanda sonuncu buraxılışdan sonrakı 6 ay ərzində ölkədə əldə etdiyi yüksək nəticələrindən də danışıb. Xatırlatmaq istərdik ki, sentyabr ayında şirkət Azərbaycanda flaqman smartfonunun rəsmi təqdimatını keçirib.

Təqdimat mərasimində şirkətin nümayəndəsi, biznes-təlimçi Fərid Ağalarov diqqəti seriyadakı ən böyük model olan HONOR X9a üzərində cəmləyərək qeyd etdi ki, bu modelin premium displeyi və cəlbedici dizayn xüsusiyyətləri var, eləcə də sözügedən smartfonun münasib qiyməti orta qiymət kateqoriyasından olan smartfonlar üçün yeni standartı müəyyən edir. Smartfonların təqdimatda səsləndirilən smartfonların texniki xüsusiyyətləri haqqında daha ətraflı məlumatı isə aşağıda verəcəyik.

Xa seriyasının missiyası yüksək texnologiyaları daha əlçatan etmək üçündür. HONOR X9a bu vəzifənin öhdəsindən uğurla gəlir. Bu smartfon HONOR Magic 4-ün əsas flaqman kamerasının dizaynını miras almışdır. Kamera xüsusiyyətləri də flaqman səviyyəsindədir. HONOR X9a-nın əsas kamerası 64MP əsas obyektiv, 5MP geniş bucaqlı obyektiv və 2MP makro obyektiv daxil olmaqla güclü üç sensorlu sistemə malikdir. Onlar hamısı birlikdə görüntünün əla keyfiyyətini təmin edir və istifadəçilərə sadəcə bir düymə toxunuşu ilə gündəlik həyatlarını əlavə parametrlər və ya tənzimləmələr olmadan foto və videolara çəkərək həkk etməyə imkan verir.

Cəmi 7.9 mm qalınlığa və aşağı çəkiyə (175 q) baxmayaraq, HONOR X9a 5100 mAh tutumlu batareyaya malikdir. Bundan əlavə, HONOR X9a çox tez enerji yığır, cəmi 30 dəqiqəlik doldurmaqla 12.5 saat video izləmə təmin edir.

İncə korpus 2400x1080 pikseli dəstəkləyir, inanılmaz detal və parlaqlıq səviyyəsi ilə şəkillər üçün 1.07 milyarda qədər rəng çalarını göstərən böyük 6.67 düymlük əyri OLED displeyini əhatə edir. Davamlı əyri temperli şüşə HONOR X9a ekranını cızıqlardan və zədələrdən qoruyacaq. dır. Sürətli cavab tələb edən oyunlar üçün istifadəçilər HONOR X9a displeyinin həssaslığını qiymətləndirəcəklər, çünki o, 120Hz-ə qədər yeniləmə tezliyini dəstəkləyir. Sensor qatının sorğu tezliyi 300 Hz-dir ki, bu da cihazın istifadəçi toxunuşuna dərhal cavab verməsi üçün şərait yaradır.

HONOR X9a ekran titrəyişlərini və uzunmüddətli istifadə zamanı göz yorğunluğunu azaldan texnologiyalar sənayesində aparıcı yer tutan 1920Hz ŞİM-idarəetmə parlaqlığı ilə təchiz edilmişdir.

Ən yeni Qualcomm® Snapdragon® 695 5G çipi ilə təchiz edilmiş HONOR X9a smartfonu iş və əyləncə proqramlarının etibarlı və sürətli performansını təmin edir. HONOR RAM Turbo texnologiyası isə smartfona yaddaşın bir hissəsini operativ yaddaş kimi istifadə etməyə imkan verir. Beləliklə, bütün bunlar sayəsində telefon multifunksional iş şəraitində çoxlu sayda tətbiqləri aktiv vəziyyətdə saxlayır.

HONOR X8a. Gözəl dizayn, böyük ekran və möhtəşəm kamera

HONOR X8a nazik (cəmi 7.48 mm qalınlığına malik) və yüngül (179 q) olduğuna görə gənclər üçün ideal smartfon seçimidir. Yastı kənarlı və mat arxa örtüklü smartfonun dəbdəbəli dizaynı HONOR X8a-ya gözəl görüntü verir, eyni zamanda onu təhlükəsiz və rahat şəkildə tutmaq olur.

Təsvirin rəng temperaturunu kadrbakadr tənzimləyən HONOR Display Color Calibration texnologiyasına malik 6.7 düymlük böyük HONOR FullView displeyi, həmçinin ekranın 90Hz-ə qədər yenilənmə tezliyi hamar, parlaq və aydın görüntünü təmin edir.

HONOR X8a-nın əsas xüsusiyyəti 100 meqapiksellik üçlü əsas kameraya malik olmasıdır. Bunun sayəsində HONOR X8a hətta mürəkkəb səhnələrin çəkilişi zamanı aydın şəkillər çəkə bilir. HONOR X8a həmçinin aydın və təsirli selfilər çəkməyə imkan verən 16 MP ön kamera ilə təchiz edilmişdir. Təsvirləri optimallaşdıran süni intellekt texnologiyası ilə birlikdə HONOR X8a 20-dən çox ssenaridə asanlıqla heyrətamiz aydın fotoşəkillər çəkməyə imkan verir.

Hər iki model çox aşağı mavi işıq emissiyası və göz qoruması səbəbindən TÜV Rheinland sertifikatını almışdır. Hər ikisi Android 12 bazasında Magic UI 6.1 idarəetməsi altında işləyir. Sistem sabit performansa və istifadəçi ilə anlaşılan intuitiv qarşılıqlı əlaqəyə zəmanət verir.

Səhnədə cihazların qiymətləri və əlçatanlığı haqqında məlumat verildi

HONOR Xa seriyalı smartfonlarını fevralın 9-dan etibarən İRŞAD və digər elektron mağazalarında əldə etmək olar. HONOR X9a üç əlamətdar rəngi ilə 749.99 AZN-ə satışa çıxacaq : Titan Gümüşü, Zümrüd Yaşılı və Gecəyarısı Qara. Fevralın 9-dan martın 26-dək alıcıları gözəl bonus hədiyyə gözləyir: HONOR Choice Earbuds X3 Lite qulaqcıqları. Kampaniyada iştirak edən cihazların sayı məhduddur. Cihaz alarkən satıcıdan mövcudluğu dəqiqləşdirin.

HONOR X8a smartfonunu 549.99 AZN-ə birdəfəlik ödəniş etməklə və ya hissə-hissə ödəniş etməklə almaq olar. Mövcud olan rənglər bunlardır: Titan Gümüşü, Göl Mavisi və Gecəyarısı Qara.

HONOR X7a smartfonunu 449.99 AZN-ə birdəfəlik ödəniş etməklə və ya hissə-hissə ödəniş etməklə almaq olar. Smartfonun mövcud olan rəngləri bunlardır: Titan Gümüşü, Dəniz Mavisi və Gecəyarısı Qara.

Təqdimatda qonaqların cihazları işlək vəziyyətdə sınaqdan keçirmək imkanı oldu. Qonaqlar HONOR X9a smartfonu ilə böyük məmnuniyyətlə selfi çəkdilər, həmçinin yeniliyin foto imkanlarını da yüksək qiymətləndirdilər. Bir çoxları smartfonda çəkilmiş fotoşəkillərin yüksək detallarının olduğunu qeyd etdi.

Xəbər lenti

Xəbər lenti