...

"Qarabağ"ın oyunundan sonra metro 9800 sərnişin daşıyıb

Cəmiyyət Materials 17 Fevral 2023 12:58 (UTC +04:00)
"Qarabağ"ın oyunundan sonra metro 9800 sərnişin daşıyıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Fevralın 16-dan-17-nə keçən gecə Bakı metropoliteninin 3 - “Gənclik”, “Nərimanov” və “28 May” stansiyasının iş rejimi “Qarabağ” Futbol Klubunun UEFA Konfrans Liqasının pley-off mərhələsində oyunu ilə əlaqədar 1 saat uzadılıb.

Bakı Metropolitenindən Trend-ə verilən məlumata görə, oyunun başlanma saatları ərəfəsində sərnişinlərin rahatlıq və təhlükəsizliyini, ən əsası, səmti asanlıqla müəyyən edərək arenaya getməsini təmin etmək məqsədilə “Gənclik” stansiyası gücləndirilmiş iş rejimində çalışıb, qeyd edilən digər iki stansiyada da müvafiq tədbirlər görülüb.

Futbol oyunundan sonra üç stansiya ümumilikdə 9800-ə yaxın sərnişinə xidmət göstərib. Sərnişinlər mənzil başına çatdırılana qədər qatarlar xətlər üzrə hərəkət edib.

Ehtiyat qatarlardan istifadə olunub. Eyni zamanda gecə saatlarında intervalların sərnişin tələbatına uyğun tənzimləməsinə xüsusi diqqət yetirilib. Sərnişindaşıma ilə bağlı problem yaranmayıb.

Onu da əlavə edək ki, digər stansiyalar gecə saat 12-də sərnişinlərin girişinə bağlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti