Bakı. Trend:
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi səhər saatlarında paytaxt küçələrindəki vəziyyəti açıqlayıb.
Mərkəzdən Trend-ə verilən məlumatda bildirilir ki, hal-hazırda aşağıdakı yollardakı sıxlıq var:
1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;
2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə
kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti
istiqamətində;
4. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası
istiqamətində;
5. Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyası
istiqamətində;
6. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz
istiqamətində;
7. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə
Qorqud" parkı istiqamətində;
8. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində sıxlıq
müşahidə olunur.