...

AZAL Bakı ilə Əl-Küveyt arasında birbaşa reyslər açır

Cəmiyyət Materials 17 Mart 2023 21:06 (UTC +04:00)

Bakı. Trend:

AZAL aprel ayından etibarən Azərbaycanla Küveyt arasında aviareysləri bərpa edir.

Trend xəbər verir ki, “Azərbaycan Hava Yolları” aviaşirkəti aprelin 22-dən etibarən Heydər Əliyev Beynəlxalq Aeroportundan Əl-Küveyt şəhərinə reyslərin icrasına başlayır.

Bakı-Əl-Küveyt-Bakı marşrutu üzrə uçuşlar ilkin olaraq həftədə iki dəfə - çərşənbə və şənbə günləri yerinə yetiriləcək. İyun ayında bu istiqamətdə uçuşlar cədvəlinə daha bir tezlik - bazar ertəsi - əlavə olunacaq.

Küveyt turistləri yerli görməli məkanları, müasir şərq memarlığı, çimərlik istirahəti, alış-veriş və s. ilə cəlb edir.

Aviabiletləri rəsmi www.azal.az saytından və ya AZAL mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti