...

AzMİU-da "Heydər Əliyev İli" ilə bağlı silsilə seminarlar təşkil olunub (FOTO)

Cəmiyyət Materials 10 Aprel 2023 11:11 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının tərəfdaşlığı, Azərbaycan Memarlıq və İnşaat Universiteti Tələbə Gənclər Təşkikatı (AzMİU TGT) və İctimai fənlər kafedrasının təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar İnşaat, Nəqliyyat və Tikinti İqtisadiyyat fakültələrində Heydər Əliyevə həsr olunmuş seminarlar keçirilib.

Ümumilikdə 250-ə yaxın tələbəni əhatə edən seminarlarda əsas məqsəd ümummilli lider Heydər Əliyev irsini müxtəlif istiqamətlərdə tələbələrə çatdırmaq olub.

Qeyd edəkki, 2023-cü il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Heydər Əliyev İli" elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti