...

Nazir məktəblərdə qida zəhərlənməsi hallarına münasibət bildirib

Cəmiyyət Materials 26 Aprel 2023 12:21 (UTC +04:00)
Nazir məktəblərdə qida zəhərlənməsi hallarına münasibət bildirib

Bakı. Trend:

Son zamanlarda təhsil müəssisələrində qidalanma ilə baş verən xoşagəlməz halların Elm və Təhsil Nazirliyinə müəyyən qədər aiddiyatı var. Son baş verən hadisələrin biri qida zəhərlənməsi, digəri isə toksikoloji haldır.

Trend xəbər verir ki, bunu bu gün jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

"Qida məsələsi məktəblərdə iki yolla tənzimlənir.

Bunlardan biri bufetlərdir. Burada iş özəl sektorların birgə fəaliyyəti əsasında qurulur. Onlar da aidiyyəti dövlət qurumlarının nəzarəti altında olur. Müəyyən edilmiş siyahıya uyğun müvafiq qidaların məktəbdə satışı təmin edilir.

İkinci model isə daha çox internat tipli məktəblərdədir. Burada uşaqlara gündə 4 dəfə verilən qidalar pulsuzdur. Biz əsasən uşaqlara verilən qidaların keyfiyyətli olmasına nəzarət edirik.

Sanitar, gigiyenik qaydalara nəzarət müvafiq quruma aiddir.

Bu il bir dəfə zəhərlənmə halı baş verdi və həmin məsələ araşdırılır. Müvafiq qaydada tədbirlər görülür", - nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti