...

Universitetlər və elmi-tədqiqat institutları bir-biri ilə əlaqəli fəaliyyət göstərmir - Emin Əmrullayev

Cəmiyyət Materials 27 Aprel 2023 15:37 (UTC +04:00)
Universitetlər və elmi-tədqiqat institutları bir-biri ilə əlaqəli fəaliyyət göstərmir - Emin Əmrullayev
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Universitetlər və elmi-tədqiqat institutları bir-biri ilə əlaqəli fəaliyyət göstərmir.

Trend-in məlumatına görə bu barədə elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən ”Elmi-tədqiqat üzrə fəaliyyətin birgə həyata keçirilməsinə dair əməkdaşlıq memorandumunun imzalanması" mərasimi zamanı deyib.

Nazir qeyd edib ki, vaxtilə ali təhsil müəssisələri bəlli bir maliyyələşmə təfəkküründə olub.

“Həmin təfəkkür universitetlərin tədqiqat aparmasına maneə yaradıb. Universitetin strukturu belə tədqiqat aparmağa imkan vermir. Mahiyyət tamamilə tələbə sayını artırmağa yönəlib.

Elmi-tədqiqat institutlarının tədqiqatlarından əldə edilən nəticə ölkəyə bir o qədər də fayda vermir”,- deyə nazir qeyd edib.

Nazir bildirib ki, ölkənin elmi potensialı düzgün ölçülməlidir.

“Bəzi universitetlərin elmi tədqiqat institutlarına birləşdirilməsi mənfi nəticə verə bilər. Ali təhsil müəssisələri ilə elmi tədqiqat institutlarının əlaqəli fəaliyyət göstərməsi üçün təşviq edəcəyik”,- deyə E.Əmrullayev əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti