...

ADNSU-nun tələbəsi Ulu Öndərin 100 illiyinə həsr olunmuş kitab yazıb (FOTO)

Cəmiyyət Materials 23 May 2023 20:09 (UTC +04:00)
ADNSU-nun tələbəsi Ulu Öndərin 100 illiyinə həsr olunmuş kitab yazıb (FOTO)

Bakı. Trend:

Mayın 23-də Azərbaycan Dövlət Neft Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində Neft Mexanika Fakültəsinin (NMF) I kurs tələbəsi Sənan Hüseynovun Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Gəncliyə örnək olan həyat” adlı kitabının təqdimatı keçirilib.

ADNSU-dan Trend-ə verilən məlumata görə, təqdimat mərasimini giriş sözü ilə açan Azİİ e-Kitab evinin direktoru Səlahət Mahmudova Ulu Öndərə həsr olunmuş yeni nəşrin kitab evinin bazasına və sisteminə daxil edilərək oxucular üçün əhəmiyyyətindən danışıb.

Tədbirdə ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş video-çarx nümayiş olunduqdan sonra elmi işlər üzrə prorektorun müşaviri, professor Qəhrəman Həsənov, NMF-nin dekanı,dosent Əli Hikmət Əhmədov, “İctimai fənlər” kafedrasının müdiri, professor Camal Mustafayev, NMF-nin professoru İbrahim Həbibov, NMF-nin “Sənaye maşınları” kafedrasının müdiri, dosent Cəmaləddin Aslanov, Həmkarlar İttifaqı Komitəsinin sədri Namiq Gəncəyev və digər iştirakçılar kitab haqqında fikirlərini bölüşüblər. Çıxışlarda Azərbaycan gəncinin Ulu öndər Heydər Əliyev və onun siyasi faəliyyətindən, gənclərə hər zaman göstərdiyi diqqətdən və xalqımız üçün göstərdiyi unudulmaz xidmətlərdən bəhs edən nəşri yüksək qiymətləndiriblər. Qeyd edilib ki, tələbə bir gənc olaraq kitabı yazarkən Ümummmili lider Heydər Əliyevin unudulmaz həyat və fəaliyyətinə həm də azərbaycanlı gənclərin ümumi baxışı ilə yanaşıb və topladığı faktlarda bunu ifadə etməyi bacarıb. Onun böyük bir şəxsiyyət haqqında kitab yazmaq cəsarətini təqdir edilib. Çıxışçılar Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində belə dəyərli kitab yazıb ərsəyə gətirdiyinə görə müəllifə təşəkkürlər ediblər.

Universitet kollektivi və müəllimləri tərəfindən göstərilən diqqətə, ona və yeni nəşrə verilən dəyərə görə minnətdarlığını bildirən müəllif Sənan Hüseynov Ulu öndərlə bağlı kitab yazmağın onun üçün böyük məsuliyyət və eyni zamanda şərəfli bir iş olduğunu deyib. O, müəllifi olduğu kitabı dahi şəxsiyyətin həyat və yaradıcılığına olan heyranlığının təzahürü kimi dəyərləndirib və kitabın qısa zamanda böyük oxucu auditoriyası qazanacağına ümidvar olduğunu bildirib.

Qeyd edək ki, Sənan Hüseynovun “Gəncliyə örnək olan həyat” kitabı ADNSU-nun nəşiyyatında çap olunub. 2023-ci ilin nəşri olan kitab yüksək keyfiyyətə və nəfis tərtibata malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti