...

“Postkovid sindrom: Qlobal pandemiyanın arzuolunmaz nəticəsi” mövzusunda elmi konfrans keçiriləcək

Cəmiyyət Materials 25 May 2023 16:33 (UTC +04:00)

Bakı. Trend:

30 may 2023-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə “Postkovid sindrom: Qlobal pandemiyanın arzuolunmaz nəticəsi” mövzusunda elmi konfrans keçiriləcək.

Elmi konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları" əsasında akkreditasiya olunaraq 4 DTT balı ilə qiymətləndirilib.

Konfrans immunoloq, allerqoloq, terapevt, dermatoveneroloq, endokrinoloq, infeksionist, fizioterapevt, anestezioloq-reanimatoloq, psixiatr ixtisasına malik həkimlər və rezidentlər üçün nəzərdə tutulub.

Konfransda iştirak ödənişsizdir.

Hərkəs üçün əlçatanlığı təmin etmək məqsədilə Konfrans hibrid formatda həyata keçiriləcək. Belə ki, Konfrans 13:50-dən 18:00-dək əyani şəkildə Mərkəzi Gömrük Hospitalının akt zalında, distant olaraq isə ZOOM platformasında həyata keçiriləcək.
Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək mütləqdir.

Proqramla tanış olmaq üçün link: https://customshospital.az/postkovid-sindrom-qlobal-pandemiyanin-arzuolunmaz-neticesi/

Qeydiyyat linki: https://forms.gle/hAc9RGJwYN3niADL9

Xəbər lenti

Xəbər lenti