...

"Azərsu"nun keçirdiyi monitorinqlər zamanı 340 ünvanda qüsurlar və qanunsuzluq aşkarlanıb

Cəmiyyət Materials 26 May 2023 15:36 (UTC +04:00)
"Azərsu"nun keçirdiyi monitorinqlər zamanı 340 ünvanda qüsurlar və qanunsuzluq aşkarlanıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Şəbəkəyə qanunsuz qoşulma hallarına daha çox Bakı ətrafı ərazilərdə rast gəlinir.

Trend-in məlumatına görə, bunu "Azərsu" ASC-nin Elektron idarəetmə və müştəri xidmətləri departamentinin rəis müavini Cabbar Cabbarlı bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, belə hallar aşkarlandıqca inzibati tədbirlər görülür: "Bu tədbirlərinə görülməsinə baxmayaraq təkrar bu hallara yol verənlər olur".

C.Cabbarlı bildirib ki, "Azərsu" tərəfindən keçirilən monitorinqlər zamanı 340 ünvanda qüsurlar və qanunsuzluq aşkarlanıb.

"Yoxlamalar zamanı 19 kənar xətt, şəbəkəyə 74 qanunsuz qoşulma halları aşkarlanıb. Qanunsuz qoşulma halları daha çox Abşeron, Suraxanı, Sabunçu rayonlarında və Bağlar massivində qeydə alınıb. Yoxlama zamanı 47 ünvanda sayğacın ayrılması, 78 ünvanda isə sayğacın işləmədiyi məlum olub. 180 min kub/metrə yaxın su anbarlara bərpa olunub".

Xəbər lenti

Xəbər lenti