...

Ötən ay 812 nəfər zəhərlənib, 7 nəfər ölüb

Cəmiyyət Materials 2 İyun 2023 09:31 (UTC +04:00)
Ötən ay  812 nəfər zəhərlənib, 7 nəfər ölüb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

May ayı ərzində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı 812 nəfər müraciət edib.

Mərkəzin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, onlardan 167-si Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Qəbul olan xəstələrdən 83-ü dərmandan, 41-i sirkə turşusundan, 2-si dəm qazından, 13-ü alkoqollu içkidən zəhərlənib. Digərlərindən 2-si anaflaksiya, 13-ü allergik reaksiya, 4-ü isə botulizm, 9-u isə ilan sancması səbəbindən xəstəxanaya yerləşdirilib.

Zəhərlənən şəxslərin 72-si qadın, 79-u kişi, 16-sı isə uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 5 nəfər sirkə turşusundan, 1 nəfər qeyri üzvü turşudan, 1 nəfər isə komatoz vəziyyətdən dünyasını dəyişib. Dünyasını dəyişən şəxslərdən 4-ü kişi, 3-ü qadındır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti