...

Ombudsmanın informasiya almaq hüququ genişləndirilir

Cəmiyyət Materials 9 İyun 2023 11:40 (UTC +04:00)
Ombudsmanın informasiya almaq hüququ genişləndirilir

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman) şikayəti araşdıran zaman video çəkiliş aparmaq hüququ verilir.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsidə öz əksini tapıb.

Müvəkkil bu zaman texniki vasitələrdən istifadə etməklə foto, audio və video qeydiyyatını aparmaq hüququna malik olacaq. Müvəkkil informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətə baxarkən informasiya sahiblərindən zəruri məlumatları (sənədləri, materialları) və ya onların surətlərini tələb edə biləcək. Həmin məlumatlar (sənədlər, materiallar) 5 iş günü müddətində Müvəkkilə təqdim edilməlidir. Qanuna dəyişiklik səsverməyə qoyularaq ikinci oxunuşda təsdiq edilib.

Xəbər lenti

Xəbər lenti