Bakı. Trend:
Beynəlxalq Yoqa Gününü qeyd etmək və yoqanı sağlamlıq və harmoniya vasitəsi kimi tanıtmaq məqsədilə Hindistanın Azərbaycandakı Səfirliyi ictimaiyyət üçün açıq yoqa sessiyası təşkil edib. Tədbir 10 iyun 2023-cü il tarixində Şamaxıdakı Astrofizika Rəsədxanasında baş tutub və 140-a yaxın yoqa həvəskarını cəlb edib.
Trend-in
məlumatına görə, tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı
cənab Tahir Məmmədov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısının
müavini xanım Mehriban Eyubova və Hindistanın Azərbaycandakı Səfiri
cənab Sridharan Madhusudhanan iştirak ediblər. Möhtərəm qonaqlar
iştirakçıları salamlayıblar və yoqanın ümumi sağlamlıq və rifah
üçün vasitə kimi rolunu vurğulayıblar.
Yoqa seansını tanınmış təlimatçı Elçin Quliyev aparıb. O,
təcrübəsini iştirakçılarla paylaşmaqla yoqanın dərin mədəni
köklərini nümayiş etdirib və tədbirə unikallıq bəxş edib. Yoqa
seansı başa çatdıqdan sonra iştirakçılar Solmaz Əsgərovanın
ifasında ənənəvi hind rəqslərini izləyiblər. Sessiyanı səmimi
şəkildə yekunlaşdırmaq üçün iştirakçılara müxtəlif hind
qəlyanaltıları təqdim olunub.
Beynəlxalq Yoqa Gününə həsr olunmuş tədbir Səfirliyin qədim
Hindistan yoqa təcrübəsini tanıtmaq üçün davamlı səylərini
vurğulayır.