...

Rayonlara leysan yağıb, çaylardan sel keçib - Faktiki hava

Cəmiyyət Materials 20 İyun 2023 10:47 (UTC +04:00)
Rayonlara leysan yağıb, çaylardan sel keçib - Faktiki hava
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Milli Hidrometeorologiya Xidmətinin iyunun 20-si saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Düşən yağıntının miqdarı Balakəndə 24 mm, Zaqatalada 18 mm, Lənkəran, Altıağac, Sarıbaş, Ceyrançöl, Qax, Şəki, Quba, Xaltan, Şabran, Göytəpə, Şahdağda 7 mm–dək olub.

Yağan leysan yağış nəticəsində Balakən rayonu ərazisindən axan Balakənçay, Katexçay və Zaqatala rayonu ərazisindən axan Talaçaydan sel keçib.

Şərq küləyi arabir Gəncə, Bakı və Abşeron yarımadasında 20, Göygöl, Naftalanda 18 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.3 metrə çatıb.

Qrız, Qax, Şahdağ, Sumqayıt, Daşkəsən, Lerikdə duman müşahidə olunub. Görünüş məsafəsi 50 metrədək məhdudlaşıb.

Havanın maksimal temperaturu iyunun 19-da iqlim norması daxilində olub. Bakıda və Abşeron yarımadasında 32, Naxçıvan MR-da 35, dağlıq rayonlarda 24, Aran rayonlarında 33 dərəcəyədək isti olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti