...

Rayonlara yağış yağıb, çaylardan sel keçib - Faktiki hava (VİDEO)

Cəmiyyət Materials 21 İyun 2023 10:36 (UTC +04:00)
Rayonlara yağış yağıb, çaylardan sel keçib - Faktiki hava (VİDEO)

Bakı. Trend:

Milli Hidrometeorologiya Xidmətinin iyunun 21-i saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə intensiv və güclü olub.

İyunun 21-i səhər saatlarında Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağıb.

Düşən yağıntının miqdarı Qaxda 56, Balakəndə 30, Qusarda 27, Zaqatalada 21, Gədəbəydə 22, Daşkəsəndə 19, Göygöldə 13, Şərurda 11, Astarada 10, Ağdamda 9, Tovuz, Lənkəranda 8, Tərtər, Quba, Xaltan, Lerik, Naftalan, Şahbuz, Ağstafa, Şəki, Şahdağ, Zərdab,Yardımlı, İmişli, Bərdə, Sabirabad, Ordubad, Ceyrançöl, Qrız, Mingəçevir, Yevlax, Naxçıvan, Qəbələ, Göyçay, Beyləqan, Şəmkir, Gəncədə 1-7 mm-dək olub.

Yağan leysan yağışlar nəticəsində Balakən rayonu ərazisindən axan Katexçay, Zaqatala rayonu ərazisindən axan Talaçay və Qax rayonu ərazisindən axan Kürmükçaydan qısamüddətli sel keçib.

Kür-Qıraqkəsəməndə suyun səviyyəsi 11, Qanıx-Cəlayirdə 44, Qabırrıçay-Kəsəməndə 26, Katexçayda 42, Zəyəmçayda 16, Tərtərçayda 31, Tutqunçayda 36, Oxçuçayda 25, Köndələnçayda 23, Quruçayda 40 sm artıb.

Qrız, Qusar, Şahdağ, Göytəpə Gədəbəy, Göygöl, Şəmkir, Sarıbaş, Zaqatala, Balakən, Daşkəsən, Lerikdə duman müşahidə olunub.

Havanın maksimal temperaturu iyunun 20-də iqlim normasından 1 dərəcə yuxarı olub. Bakıda və Abşeron yarımadasında 26-30, dağlıq rayonlarda 15-19 dərəcə isti, Naxçıvan MR-da 35, Aran rayonlarında 30 dərəcəyədək isti olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti