...

Şam yeməyini bir yerdə edən ailələrlə, ayrı edənlərdə böyüyən uşaqlarda çox böyük fərq var - Emin Əmrullayev

Cəmiyyət Materials 21 İyun 2023 11:34 (UTC +04:00)
Şam yeməyini bir yerdə edən ailələrlə, ayrı edənlərdə böyüyən uşaqlarda çox böyük fərq var - Emin Əmrullayev

Bakı. Trend:

Şam yeməyini bir yerdə edən ailələrlə, ayrı edənlərdə böyüyən uşaqların həm oxu, həm də riyaziyyat göstəricilərində çox böyük fərq var.

Trend-in məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev "İnsan Resursları Zirvəsi 2023" tədbirində panel çıxışı zamanı deyib.

“Evdə kitab sayı, valideynlərin kitab oxumaq həvəsi, valideynlərin davranışı da prosesə böyük təsir edir. Biliyi bir başdan başqasına mexaniki olaraq götürüb qoymaq mümkün deyil. Bu, çox ciddi psixoloji inkişaf prosesidir. Təhsilin yekunda kamil bir insan yaratmaq məqsədi var. Müxtəlif cəmiyyətlərdə kamil insan fərqli başa düşülür. Bəzilərində daha çox dəyərlər üzərindədir, bəzilərində əmək bazarı daha çox qabardılır. Bu, artıq həmin cəmiyyətin seçimi məsələsidir”,- deyə nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti