...

Ölkəmizə qaçaq yolla təhlükəli maye gətirilir - Xoşagəlməz hallara səbəb ola bilər (FOTO)

Cəmiyyət Materials 21 İyun 2023 12:47 (UTC +04:00)
Ölkəmizə qaçaq yolla təhlükəli maye gətirilir - Xoşagəlməz hallara səbəb ola bilər (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov öz facebook səhifəsində ölkəmizə, İran İslam Respublikasından qeyri-qanuni yollarla, insan orqanizmi üçün təhlükə təşkil edən qabyuyan mayelərin gətirilməsi ilə bağlı paylaşım edib.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Eyyub Hüseynov bildirib ki, belə məhsullar ölkəmizə qaçaqmalçılıq yolu ilə gətirilir.

"Bu qabyuyan mayenin ucuz qiyməti ilə istehlakçıların diqqətini cəlb etdiyini, lakin bir müddət istifadədən sonra çox ağır və xoşagəlməz hallara gətirə bilər. Məhsulun dövlət orqanları tərəfindən nəzarətdən keçirilmədiyini və bu səbəbdən tərkibinin çox təhlükəlidir. Üzərində Azərbaycan dilində heç bir qeydin yer almadığı məhsulun məlumatları fars dilindədir. Bu kimyəvi maddə olduğundan insanlarının sağlamlığı ilə bərabər ətraf mühit üçün də olduqca təhlükəlidir. Bu hallara cavabdeh dövlət qurumları tədbirlər görməlidir."

E. Hüseynov əvvələr belə məhsulları əvvəllər əsasən cənub bölgəsində rast gəlmək olurdusa indi ölkənin müxtəlif bölgələrində belə mallara rast gəlmək olur.

"Şəxsən dünən belə qabyuyan mayeyə paytaxtın mərkəzi küçələrindən birində yerləşən dükanda rast gəldim. Belə hallara qarşı mütləq tədbir görülməlidir", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti